İran koronavirusa qarşı vaksinasiyayı rus vaksinası ilə başladı
İran koronavirusa qarşı vaksinasiyayı rus vaksinası ilə başladı

İran COVİD-19-a qarşı vaksinasiyayı rus vaksinası ilə başladı.

“The Guardian”-ın yaydığı məlumata görə, Rusiya tərəfindən istehsal edilən “Sputnik-vi”-nin ilk dozası İmam Xomeini adına hospitalın tibb personalına vuruldu.

İran Rusiyadan vaksinanın 2 milyon dozasını aldı. Vaksinanın ilk partiyası ölkəyə keçən cümə axşamı gətirilib.

İranda infeksiyaya yoluxanların sayı 1.5 milyona çatır. Epidemiyanın yayılmasından bugünə qədər, virus İranda 60 minə qədər insanın həyatını qurban edib.