İrakli Zarkua - heç kimin dövlətin suverenliyini, ərazi bütövlüyünü pozmağa haqqı yoxdur, Ukraynanı, qardaşlarımızı, tərəfdaşlarımızı dəstəkləyirik
İrakli Zarkua - heç kimin dövlətin suverenliyini, ərazi bütövlüyünü pozmağa haqqı yoxdur, Ukraynanı, qardaşlarımızı, tərəfdaşlarımızı dəstəkləyirik

 

Heç kimin dövlətin suverenliyini, ərazi bütövlüyünü pozmağa haqqı yoxdur, Ukraynanı, qardaşlarımızı, tərəfdaşlarımızı dəstəkləyirik-bu barədə parlament əksəriyyətinin üzvü İrakli Zarkua bildirib.

Onun sözlərinə görə, bütün dövlətlər bilməlidirlər ki, ikinci bir ölkənin ərazi bütövlüyünü pozarlarsa, ciddi sanksiyalarla qarşı-qarşıya qalacaqlar.

“Biz Ukrayna ilə bağlı qəti bəyanat verməliyik, bunu dəfələrcə vermişik. Biz Ukraynanı, qardaşlarımızı, tərəfdaşlarımızı dəstəkləyirik. Heç kimin dövlətin suverenliyini, ərazi bütövlüyünü pozmağa haqqı yoxdur. Beynəlxalq ictimaiyyəti daha çox səy göstərməyə çağırardım. Biz beynəlxalq arenada Ukrayna, Gürcüstan və bu kimi ölkələrin maraqlarını qoruyacağıq. İstənilən işğal qəbuledilməzdir. Qəbuledilməzdir və biz bunu pisləyirik. Hər bir dövlət öz ərazisinin qayğısına qalmalıdır və bütün dövlətlər bilməlidirlər ki, ikinci bir ölkənin ərazi bütövlüyünü pozarlarsa, ciddi sanksiyalarla qarşı-qarşıya qalacaqlar” -deyə İrakli Zarkua bildirib.

Ukrayna məsələsi ilə bağlı danışan İrakli Zarkua müxalifətin tənqidlərinə də münasibət bildirib və qeyd edib ki, Ukraynaya dəstək bəyanatları xarici işlər naziri, ayrı-ayrı liderlər tərəfindən verilib.

“Ukraynaya dəstək bəyanatları xarici işlər naziri və ayrı-ayrı liderlərimiz tərəfindən verilib. Radikal müxalifət və müəyyən qruplara özlərini göstərmək lazımdırsa, bu, onların səlahiyyəti və hüququdur. Biz dövlətik, hakim partiyayıq və bəyanatlarımızla bağlı müəyyən öhdəliklərimiz var. Biz Ukraynanı, qardaşlarımızı, onların ərazi bütövlüyünü dəstəklədiyimizi və başqa bir dövlətin ərazisinə, suverenliyinə məhəl qoymayan bütün dövlətlərin beynəlxalq tərəfdaşlıq tərəfindən sərt şəkildə cəzalandırılacağını bildiririk. Biz dövlətin maraqlarını qoruyuruq. Tərəfdaşlarımızın maraqlarını düşünürük və buna görə də ədalətli, müvafiq və adekvat bəyanatlar veririk” – deyə Zarkua bildirib.

Parlamentin Ukrayna məsələsi ilə bağlı niyə qətnamə qəbul etməməsinə dair ünvanlanan suala cavabında Zarkua :

” Hər zaman demişik və deyirik Rusiya işğalçıdır. Bunu hər yerdə beynəlxalq tribunada, beynəlxalq missiyalarda bəyan edirik. Əksəriyyəti və parlament bir araya gələndə qətnamə qəbul edəcəyik. Biz 2008-ci ili yaşamışıq, orduyu tərk edən, qaçan və Qori torpağını burnu ilə şumlayan qorxaq ali-baş komandanımız var idi” – deyə İrakli Zarkua bildirib.