İrakli Xmaladze - taksilərin islahatı ilə bağlı üçüncü mərhələmiz olacaq
İrakli Xmaladze - taksilərin islahatı ilə bağlı üçüncü mərhələmiz olacaq

“Taksilərin islahatı ilə bağlı üçüncü mərhələmiz olacaq. Güman edildiyinə görə, payızdan başlayacaq”, – bu barədə paytaxt merinin müavini, İrakli Xmaladze bəyan etdi.

Onun dediyinə görə, bu mərhələdə konkret şirkətlərlə görüşlər keçirilir.

“Bu mövzu ilə bağlı taksi şirkətləri və taksi sürücülərinin təşəbbüs qrupları ilə görüşlərim var idi və yenə də davam etdirəcəm. Hələ işlənib hazırlama mərhələsindəyik və bu insanlarla birlikdə işləyirik. Düşünürəm yaxın zamanlarda, bir-iki ay ərzində bəyanatlar verək və hamıya məlumat çatdıraq”, – Xmaladze bəyan etdi.