İrakli Kobaxidze - zoraklığın, özəlliklə də media vasitələrinin nümayəndələrinə qarşı olan zoraklığın doğrultması yoxdur
İrakli Kobaxidze - zoraklığın, özəlliklə də media vasitələrinin nümayəndələrinə qarşı olan zoraklığın doğrultması yoxdur

Zoraklığın, özəlliklə də media vasitələrinin nümayəndələrinə qarşı olan zoraklığın doğrultması yoxdur, – bu barədə “Gürcü Arzusu” partiyasının icra katibi, İrakli Kobaxidze Marneuli insidenti ilə bağlı bəyan etdi.

Kobaxidzenin bəyanatına görə, baş verənlərə sərt münasibət bildirilməlidir.

“İctimai Yayımçını bağlamaqla hədələyən, Kaxa Okriaşvili tərəfindən maraqlı bəyanat dinlədik. Bununla “Milli Hərəkat” öz təbiətini bir daha göstərdi ki, onların oriyentasiyası medianın bağlanmasına yönəldilib. Təbiidir ki, bunu onlar edə bilməyəcəklər, 2012-ci ilədək media vasitələrinin bağlamasını bacarırdılar, indi bunu edə bilməyəcəklər.

Dünən Marneulidə iki media vasitəsi var idi və onların nümayəndələri xəsarət aldılar və müvafiq olaraq, burada xüsusi diqqət lazımdır. İş mediaya aid olanda, burada daha artıq münasibətin bildirilməsi lazımdır və bu sərt olmalıdır. Zoraklığın, özəlliklə də media vasitələrinin nümayəndələrinə qarşı olan zoraklığın heç bir doğrultması yoxdur. Bundan irəli gələrək, baş verənlərə sərt münasibət bildirilməlidir”, – İrakli Kobaxidze bəyan etdi.

Bununla yanaşı, Kobaxidze media nümayəndələrini dezinformasiyanı yaymamağa çağırdı.

“Konkret mühiti işıqlandıran bilavasitə media nümayəndələrinə bir müraciət. Məsələn, bu gün iş bizim, Marneuli qərargahının üzvünün döyülməsi faktına aid olarkən, burada partiya televiziyaları nümayəndələrindən biri çıxıb dedi ki, bu insan xəsarətləri yol qəzası nəticəsində alıb. Bundan o yana böyük bir ayıblıq yoxdur. Qərəzli olmağı da, partiyalı olmağı da və hər şeyi də yaxşı başa düşürəm, lakin bu cür yalanı heç bir jurnalist etməməlidir”, – Kobaxidze bəyan etdi.