İrakli Kobaxidze - Yeni struktur, Milli Təhlükəsizlik Şurası yaradılmalıdır
İrakli Kobaxidze - Yeni struktur, Milli Təhlükəsizlik Şurası yaradılmalıdır

Parlamentin sədri İrakli Kobaxidze hesab edir ki, ölkədə yeni struktur, Milli Təhlükəsizlik Şurası yaradılmalıdır.

Bu barədə bəyanatı İrakli Kobaxidze Fövqəladə Hallar Xidmətinin rəhbəri Giorgi Mğebrişvilinin istefasını şərhləndirərkən verdi.

Kobaxidze bəyan etdi ki, bu səviyyədə kadr dəyişiklikləri sadəcə parlamentin verəcəyi qərar deyil.

“Ona görə də, bəlkə bununla bağlı şərh vermək belə düzgün deyil” – dedi Kobaxidze.

“Bu məsələ ilə bağlı fəal məsləhətləşmələr aparılacaq. Yəqin ki, baş-nazirə tabe olan Milli Təhlükəsizlik Şurası yaradılmalıdır, hansı ki, milli təhlükəsizlik məsələləri ilə məşğul olacaq” – dedi parlamentin sədri.