Irakli Kobaxidze- uşaq öldürülüb, bir halda məhkəmə qərarı  bitmiş cinayətlə bağlı verilir, digər halda isə cəhdlə əlaqədar, aydındır ki, iş sonuna kimi aparılmalıdır.
Irakli Kobaxidze- uşaq öldürülüb, bir halda məhkəmə qərarı bitmiş cinayətlə bağlı verilir, digər halda isə cəhdlə əlaqədar, aydındır ki, iş sonuna kimi aparılmalıdır.
Ümid edirəm ki, ədalət sistemində, çox önəmli işlə əlaqədar ədalətli qərar veriləcək. Qərar,  həddi buluğa çatmamış uşaqların ağır cinayəti ilə bağlıdır, – bu haqda Parlament sədri İrakli Kobaxidze  büro iclasında bildirdi.

İrakli Kobaxidzenin qeyd etdiyi kimi, bu işlə bağlı prokurorluq, apelyasiya səviyyəsində qərarı şikayət etməyi planlayır.

“İş, həddi buluğa çatmamış uşaqların öldürülməsi ilə bağlıdır.  Biz, işlə bağlı qərarı və məhkəmənin onun sübutlarını nəzərə almadığını bildirən  prokurorluğun mövqeyini dinlədik. Müvafiq olaraq, prokurorluq apelyasiya səviyyəsində qərarı şikayət etməyi planlayır və ümid varam ki, ədalət sistemində bu önəmli iş və həddi buluğa çatmamış uşaqların ağır cinayəti ilə  bağlı ədalətli qərar alınar. İki insan, iki uşaq öldürüldükdə, məhkəmə  qərarı birinci halda bitmiş cinayətlə bağlı verilir , digər halda isə cəhdlə ılaqədar, aydındır ki, iş sonuna kimi aparılmalıdır. Biz sizdən fərqli olaraq, heç bir tərəfə güvənmirik, bildiririk ki, bu məsələ aydınlaşmalıdır və sonda ədalətli qərar alınmalıdır. Bu bizim mövqeyimizdir və müvafiq olaraq, bir tərəfə güvən digər tərəfə güvənsizlik bildirmək düzgün deyil. Biz həqiqətən işi həll etməliyik”, – İrakli Kobaxidze bəyan etdi.