İrakli Kobaxidze - söz verirəm, sabah ya birisi gün hamı hər şeyi biləcək, imzalandı ya yox, hər iki təqdirdə ictimaiyyət detallarını biləcək
İrakli Kobaxidze - söz verirəm, sabah ya birisi gün hamı hər şeyi biləcək, imzalandı ya yox, hər iki təqdirdə ictimaiyyət detallarını biləcək

“Gürcü Arzusunun” sədri, İrakli Kobaxidzenin bəyan etdiyinə görə, tərəflər arasında danışıqların nəticəsi nə cür olsa da, ictimaiyyət detaltar barəsində məlumatlandırılacaq.

Bu barədə Kobaxidze Kristian Danielson ilə keçirilən görüşdən sonra bəyan etdi.

“Hər bir müddəa müzakirə olunacaq, lakin detallara daxil ola bilməyəcəyik. Bir neçə müddəa üzrə söhbətimiz var idi və müvafiq olaraq disskusiya davam edir. Söz verirəm, sabah ya birisi gün hamı hər şeyi biləcək. İmzalandı ya yox, hər iki təqdirdə ictimaiyyət detallarını, söhbətimizin mətnini biləcək”, – Kobaxidze bəyan etdi.

“Gürcü Arzusu” Şarl Mişelin şəxsi nümayəndəsi, Kristian Danielson ilə bu gün iki görüş keçirdi.