İrakli Kobaxidze - Son prezident seçkiləri 2012-ci ilin seçkilərindən sonra, ilk günündən başlayan həddindən böyük aqressiya kampaniyası ilə, ən pis seçkilər idi
İrakli Kobaxidze - Son prezident seçkiləri 2012-ci ilin seçkilərindən sonra, ilk günündən başlayan həddindən böyük aqressiya kampaniyası ilə, ən pis seçkilər idi

Son prezident seçkiləri 2012-ci ilin seçkilərindən sonra, ilk günündən başlayan həddindən böyük aqressiya kampaniyası ilə, ən pis seçkilər idi, – bu barədə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze “2018-ci ilin Gürcüstan prezident seçkiləri: alınan təcrübə və gələcək addımlar” adlı konfransda verdi.

Kobaxidzenin dediyinə görə, 2012-ci ildən sonra, ölkədə ədalətli, azad seçkilərin keçirilməsi təmin edilməlidir.

“Hələ konstitusiya islahatlarının həyata keçirildiyi zaman biz deyirdik ki, prezident namizədlərinin seçki kampaniyalarının hazır olmadığı şərtlərdə, parlament sistemində prezidentin bir başa qayda ilə seçilməsi yanlış idi. Təbii ki, prezidentin seçki kampaniyası tamamilə çirkin aqressiyalara cavab şəklində keçdi və belə kampaniya təəssüf ki, gözlənilirdi və elədə oldu” – dedi İrakli Kobaxidze.

“Həmçinin, inzibati resurslardan istifadə ilə bağlı müəyyən problemlər və agitatorların seçki kampaniyasına qoşulmamaları oldu, hansı ki, ölkəmizdə artıq ənənəyə çevrilib. Seçki kampaniyası zamanı yaranan müəyyən problemlərə hər iki tərəf də səbəb oldu, ancaq iqtidar partiyasının səhvlərini tənqid etmək privilegiyasını mən opponentlərimizə verirəm” – dedi parlamentin sədri.

Şərh yaz