İrakli Kobaxidze - Seçki məcəlləsinə və siyasi partiyalar haqqında orqan qanununa geniş miqyaslı dəyişikliklər daxil ediləcək
İrakli Kobaxidze - Seçki məcəlləsinə və siyasi partiyalar haqqında orqan qanununa geniş miqyaslı dəyişikliklər daxil ediləcək

Diplomatik korpusun nümayəndələri ilə müzakirə etdiyimiz əsas mövzulardan biri seçki qanunvericiliyinə, həmçinin siyasi partiyaların tənzimləmə qanunvericiliyinə daxil ediləcək dəyişikliklər idi, – bu barədə bəyanatı parlamentin sədri İrakli Kobaxidze diplomatik korpusun nümayəndələri ilə görüşdən sonra verdi.

İrakli Kobaxidze qeyd etdi ki, parlament seçki qanunvericiliyindəki dəyişiklikləri ilin sonuna qədər həyata keçirməyə çalışacaq.

“İlin sonuna qədər, biz bütün rekomendasiyaları nəzərə alaraq, azad seçkilərlə bağlı dəyişiklikləri qanunda əks etdirə bilərik. Məsələn, müzakirə ediləcək məsələlərdən biri perimetr məsələsidir.

Həmçinin, susma günü tətbiq plunacaq, hansı ki, seçki günündə agitasiyanın qadağan edilməsini nəzərdə tutur. Necə seçki məcəlləsində, eləcə də, siyasi partiyalar haqqında orqan qanununda olduqca geniş miqyaslı dəyişikliklər nəzərdə tutulur” –  dedi İrakli Kobaxidze.