İrakli Kobaxidze - Salome Zurabişvili Mixeil Saakaşvili və Qriqol Vaşadzenin törətdiyi cinayətə, Rusiya işğalına, təcavüzünə öz adını verdi
İrakli Kobaxidze - Salome Zurabişvili Mixeil Saakaşvili və Qriqol Vaşadzenin törətdiyi cinayətə, Rusiya işğalına, təcavüzünə öz adını verdi

Salome Zurabişvili opponentlərinə Avropa tipli seçki kompaniyasını həyata keçirməyə çağırdı, lakin “Milli Hərəkat” prosesi başqa cür aparmağa çalışır, – bu barədə parlamentin sədri, İrakli Kobaxidze bəyan etdi.

O, Salome Zurabişvilini qərargahın açılışını təbrik etdi və qeyd etdi ki, prezidentliyə namizəd öz baxışları ilə bağlı mükəmməl söhbət etdi.

“Həmçinin seçki kampaniyasının forması ilə bağlı onun çağırışı önəmli idi. Salome Zurabişvili opponentlərinə Avropa tipli seçki kompaniyasını həyata keçirməyə çağırdı, lakin “Milli Hərəkat” prosesi başqa cür aparmağa çalışır”,  –  İrakli Kobaxidze bəyan etdi.

Onun dəyərləndirməsinə görə, Avropa və ABŞ “Milli Hərəkatdan” çox uzaqdadır və bu, cari seçki kampaniyasında da görünür.

Bununla yanaşı, Kobaxidzenin dediyinə görə, Salome Zurabişvili Rusiya ilə bağlı münasibətini açıq-aydın açıqladı.

Onun dediyinə görə, cari il prezident seçkiləri “Milli Hərəkat” üçün ciddi məğlubiyyət ilə başa çatacaq.