İrakli Kobaxidze - partiyaların böyük hissəsi və "Milli Hərəkatın" yarıdan çoxu Parlamentə daxil olacaq, çoxpartiyalı Parlament üçün fəal işləyirik
İrakli Kobaxidze - partiyaların böyük hissəsi və "Milli Hərəkatın" yarıdan çoxu Parlamentə daxil olacaq, çoxpartiyalı Parlament üçün fəal işləyirik

“Gürcü Arzusunun” liderlərin biri, İrakli Kobaxidzenin bəyan etdiyinə görə, partiyaların böyük hissəsi və “Milli Hərəkatın” yarıdan çoxu Parlamentə daxil olacaq.

Partiyanın ofisində keçirilən brifinqdə Kobaxidzenin qeyd etdiyinə görə, çoxpartiyalı Parlament üzərində fəal işləyirlər.

“Bunları artıq günlər göstərəcək. Yaxın günlərdə müəyyən olunacaq ki, partiyaların böyük hissəsi və “Milli Hərəkatın” tamamilə hamısı olmasa da, yarıdan çoxu Parlamentə daxil olacaq. Bu, müxalifət sektorunda olan bu günki əhval-ruhiyyədir və bu əhval-ruhiyyə bu günki aksiyadan sonra, daha da dərinləşəcək. Forma və metodlarını mən konkretləşdirə bilmərəm, lakin təsdiq edə bilərəm ki, çoxpartiyalı Parlament üzərində fəal işləyirik. Bizim beynəlxalq partnyorlarımzın çağırışları budur deyilmi? Hamımız onun qayğısına qalaq ki, Gürcstanda çoxpartiyalı Parlament olsun və biz bu məqsədə, o cümlədən beynəlxalq partnyorların dəstəyi ilə, mütləq nail olacağıq.

Almağa gəldikdə, mən sizi inandırım ki, “Milli Hərəkat” bu gün danışıqlar apardığı partiyaların əksəriyyətini ala bilməyəcək”, – Kobaxidze bəyan etdi.