İrakli Kobaxidze - müxalifətə məsləhət görürəm, spekulyasiyalardan əl çəksinlər və onlar tərəfindən götürülən öhdəlikləri yerinə yetirsinlər
İrakli Kobaxidze - müxalifətə məsləhət görürəm, spekulyasiyalardan əl çəksinlər və onlar tərəfindən götürülən öhdəlikləri yerinə yetirsinlər

Fövqəladə vəziyyət 22 mayda ləğv olunacaq, bu isə, deməkdir ki, konstitusiya dəyişikliklərinin müzakirəsi bərpa olunacaq, – bu barədə Parlament çoxluğunun nümayəndəsi, İrakli Kobaxidze bəyan etdi.

Onun dediyinə görə, konstitusiya dəyişikliklərinin həyata keçirilməsinə təxminən bir ay lazım gələcək və müvafiq olaraq, təxminən 29 iyun üçün üç dinləmə ilə konstitusiyanın dəyikliklərinin qəbul olunması mümkündür.

“Bunların hamısına təxminən bir ay lazımdır. Daha dəqiq olaraq desək, bizim imkanımız var ki, iyunun 21-də, artıq birinci dinləmə ilə konstitusiya dəyişikliklərini qəbul edək, 29 iyunda isə, üç dinləmə ilə konstitusiya dəyişikliklərinin qəbulunu başa çatdıraq. Müvafiq olaraq, siyasi partiyalar arasında götürdüyümüz öhdəliyimiz iyunun sonuna kimi tamamilə yerinə yetirilimiş olacaq. Müxalifətin mövqeyinə gəldikdə, yumuşaq desək, çox məsuliyyətsizdir və razılaşmanın kobud pozulmasıdır. Sözsüz ki, müxalifətə məsləhət görürəm, spekulyasiyalardan əl çəksinlər və onlar tərəfindən götürülən öhdəlikləri yerinə yetirsinlər”, – İrakli Kobaxidze bəyan etdi.