İrakli Kobaxidze - müxalifətə qarşı çağırış var ki, parlamentə daxil olsunlar, ümid edirəm müxalifət Avropa Şurasının bu cür bəyanatını dinləyəcək
İrakli Kobaxidze - müxalifətə qarşı çağırış var ki, parlamentə daxil olsunlar, ümid edirəm müxalifət Avropa Şurasının bu cür bəyanatını dinləyəcək

Avropa Şurası Parlament Assableyasında ölkəmiz üçün əhəmiyyətli gün idi. Tini Koksi tərəfindən təqdim olunan seçki hesabatını müzakirə etdilər və bir daha xüsusilə qeyd olundu ki, seçkilər rəqabətli və azad mühitdə keçirildi, – bu barədə “Gürcü Arzusunun” sədri, İrakli Kobaxidze bəyan etdi.

Onun dediyinə görə, Avropa Şurası Parlament Assableyasında Gürcüstanla bağlı rekomendasiyanın təqdim olunduğu monitorinq hesabatı təsdiq olundu.

“Bu rekomandasiya bizim münasibətimizi əks etdirir. Söhbət ondan gedir ki, bu seçkilərdə aşkar olunan pozutular mütləq yenidən yoxlanılmalıdır və məhz buna görə, müxalifətə istintaq komissiyasının yaradılmasını təklif edirik”, – Kobaxidze bəyan etdi.

Həmçinin, Kobaxidzenin dediyinə görə, müxalifətə qarşı çox aşkar çağırış var ki, parlamentə daxil olsunlar və parlament fəaliyyətinə başlasınlar.

“Yenə də ümidvar olduğumu ifadə edirəm ki, müxalifət Avropa Şurasının bu cür bəyanatını dinləyəcək. Bundan başqa Avropa Şurası Parlament Assableyasının prezidenti ilə çox önəmli ikitərəfli görüşümüz var idi. Görüşdə nümayəndə heyəti və Avropa Şurası Parlament Assableyası arasında əməkdaşlıq perspektivlərini müzakirə etdik. Həmçinin bu gün, vitse-prezidentlik məsələsi müzakirə olundu və sevinirəm ki, ardcıl olaraq ikinci dəfə Avropa Şurası Parlament Assableyasın vitse-prezidenti vəzifəsinə təsdiq olundum”, – İrakli Kobaxidze bəyan etdi.

Şərh yaz