İrakli Kobaxidze - Müxalifət fəallıq göstərdi, işlədi, ancaq 50 000-dən artıq səs yığa bilmədilər
İrakli Kobaxidze - Müxalifət fəallıq göstərdi, işlədi, ancaq 50 000-dən artıq səs yığa bilmədilər

Müxalifət bugün fəallıq göstərdi, işlədi, ancaq 50 000-dən artıq səs yığa bilmədilər, – bu bəyanatı “Gürcü Arzusunun” icraçı katibi İrakli Kobaxidze verdi.

Kobaxidzenin qeyd etdiyinə görə, seçkilərin ikinci turunda fəallıq, müxalifətin seçkilərdə iştirak etməkdən imtina etməsinə baxmayaraq, kifatyət qədər yüksək idi.

Kobaxidzenin dediyinə görə, ikinci seçkilərdə də saxtalaşdırma bəhanəsi ilə, müxalifət  iştirak etməkdən imtina edirsə, bu onları beynəlxalq partnyorlarımızın yanında zor vəziyyətdə qoyur.

“Ümid edirik ki müxalifət bunu nəzərə alacaq və beynəlxalq partnyorlarımızın gözündə ölkəmizi çətin vəziyyətə salmayacaqlar” – dedi Kobaxidze.

Şərh yaz