İrakli Kobaxidze - mövcud forma ilə "amnistiya haqqında" qanun mindən artıq məhbusa aid olacaq
İrakli Kobaxidze - mövcud forma ilə "amnistiya haqqında" qanun mindən artıq məhbusa aid olacaq

Parlament çoxluğunun lideri, İrakli Kobaxidze bəyan edir ki, mövcud forma ilə “amnistiya haqqında” qanun mindən artıq məhbusa aid olacaq, lakin dəqiqləşdirmə davam etdirilir.

Kobaxidzenin dediyinə görə, hər bir maddə və hər bir hissə bir-bir öyrənilibdir ki, risklər sığortalanmış olsun.

“O cümlədən fərdi olaraq dəyərləndirilibdir ki, bu və ya digər seqmentin azad edilməsi nə ilə nəticələnə bilər. Müvafiq olaraq, bu qanunlayihənin müzakirəsinin əsas hissəsi risklərin hesablanması idi. Bu gün yekun mənzərə bir daha dəqiqləşdiriləcək. Lakin, ikinci dinləmə ilə yekun olaraq qəbul olunana qədər, indi olan həcmlə, mövcud forma ilə “amnistiya haqqında” qanun mindən artıq məhbusa aid olacaq. Dəqiqləşdirmə davam etdirilir və görək, yekun olaraq nə olacaq”, – Kobaxidze bəyan etdi.

Gürcüstan Parlamentində “amnistiya haqqında” qanun 16 dekabrda qeydiyyatdan keçirilidi.