İrakli Kobaxidze - "Milli Hərəkatın" ölkədə destabilizasiyanın yaradılması üçün resursu yoxudur
İrakli Kobaxidze - "Milli Hərəkatın" ölkədə destabilizasiyanın yaradılması üçün resursu yoxudur

Dünən baş verənlərin hamısı gülməli və qeyri-ciddi idi, – bu barədə parlamentin sədri, İrakli Kobaxidze jurnalistlərlə söhbəti zamanı bəyan etdi.

Elə onun dediyinə görə, “Milli Hərəkatın” ölkədə destabilizasiyanın yaradılması üçün resursu yoxudur.

“Dünən biz onların “böyük aksiyasını” gördük. Burada bir daha göründü ki, onların ölkədə destabilizasiyanın yaradılması üçün resursları yoxudur. Dünən baş verənlərin hamısı gülməli və qeyri-ciddi idi. O cümlədən onlar tərəfindən səsləndirilən təşəbbüslər. Gürcüstanda destabilizasiyanın heç bir perspektivi yoxdur”, – İrakli Kobaxidze bəyan etdi.