İrakli Kobaxidze - Marixuanadan istifadə haqqında Konstitusiya Məhkəməsinin verdiyi qərar hüquqi vakuum yaratdı
İrakli Kobaxidze - Marixuanadan istifadə haqqında Konstitusiya Məhkəməsinin verdiyi qərar hüquqi vakuum yaratdı

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze bəyan edir ki, Mariaxuananın istifadəsi ilə bağlı Konstitusiya Məhkəməsinin verdiyi qərar hüquqi vakuumun yaranmasına səbəb oldu.

Onun dediyinə görə, bu vakuum doldurulmalıdır və bu da parlamentin preroqatividir.

“Konstitusiya məhkəməsinin qərarı ilə konkret hüquqi norma ləğv edildi, müvafiq olaraq da, hüquqi vakuum yarandı və biz, parlament olaraq, onu doldurmalıyıq. Sentyabrda iki sesiya həftəmiz olacaq və bu işin müzakirəsinə tezliklə başlayacağıq. Bugün bu məsələ tamamilə açıqdır. Bu məsələnin sərt reqlamentasiyası olmalıdır” – dedi İrakli Kobaxidze.

Xatırladaq ki, Gürcüstanın Konstitusiya Məhkəməsi “Girçi”-nin üzləri Zurab Caparidze və Vaxtanq Marqvelaşvilinin şikayətlərini qəbul etdi və marixuanadan istifadə üçün mövcud olan bütün sanksiyaları aradan qaldırdı.