Irakli Kobaxidze - Xorava küçəsindəki cinayətlə bağlı istintaq komisiyasının yaradılması təsdiqləyir ki, iqtidarın bu işdə gizlədəcəyi heçnə yoxdur
Irakli Kobaxidze - Xorava küçəsindəki cinayətlə bağlı istintaq komisiyasının yaradılması təsdiqləyir ki, iqtidarın bu işdə gizlədəcəyi heçnə yoxdur

Vaşinqtonda Atlantika Şurasında görüş zamanı, Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzeyə, Tbilisidə son günlərdəki etiraz aksiyaları haqqında sual verildi.

İrakli Kobaxidze isə, cavab verdi ki, Xorava küçəsində baş verən qətlin yenidən istintaqı tələbi ilə keçirilən etiraz aksiyaları bir daha təsdiqləyir ki, son illərdə Gürcüstanda vətəndaş və siyasi mədəniyyətin proqresi artıb.

“Əvvəlki illərdə, etiraz aksiyaları nəticəsində heç bir yüksək vəzifəli şəxs istefa etmirdi. Qeyd olunan aksiyalara görə, baş prokuror vəzifəsini tərk etdi. Etiraz edənlər isə, cinayət işi ilə bağlı istintaqın daha doğru istiqamətdə aparılmasını tələb edirdilər. Onlar düşünürlər ki, istintaqa təzyiq göstərilir” – dedi İrakli Kobaxidze.

Onun dediyinə görə, qeyd olunan cinayətin istintaqı üçün, parlament müxalifətindən ibarət xüsusi  istintaq komisiyası yaradıldı və bu onu təsdiqləyir ki, bu işdə iqtidarın gizləyəcəyi heçnə yoxdur.