İrakli Kobaxidze - istəyirik 14 dekbarda Tbilisi mərkəzinə on minlərcə insan toplaşsın ki, Gürcüstanın Avropa Şurası sədrliyini birlikdə qeyd edək
İrakli Kobaxidze - istəyirik 14 dekbarda Tbilisi mərkəzinə on minlərcə insan toplaşsın ki, Gürcüstanın Avropa Şurası sədrliyini birlikdə qeyd edək

Parlament çoxluğunun üzvü, İrakli Kobaxidenin bəyan etdiyinə görə, 14 dekabrda “Gürcü Arzusu” tərəfindən planlaşdırılmış tədbir, Gürcüstanın Avropa Şurası sədrliyinə həsr olunur.

“Səfərbərlik sözsüz ki, “Gürcü Arzusu” tərəfindən həyata keçiriləcək. Bu partiya resursudur. Gürcüstanın Avropa Şurası sədrliyinə həsr olunan bayram tədbiridir. Bu bizim üçün təbiidir ki, çox önəmli hadisədir. Növbəti altı ay ərzində Gürcüstan Avropa Şurasının sədri olacaq. Müvafiq olaraq buna müvafiq tədbir həsr etmək istəyirik. İstəyirik 14 dekbarda Tbilisi mərkəzinə on minlərcə insan toplaşsın ki, Gürcüstanın Avropa Şurası sədrliyini birlikdə qeyd edək”, – İrakli Kobaxidze bəyan etdi.