İrakli Kobaxidze - işğal olunmuş Sxinvalidə üzdəniraq seçkilər saxtakarlıq və işğalın davamıdır
İrakli Kobaxidze - işğal olunmuş Sxinvalidə üzdəniraq seçkilər saxtakarlıq və işğalın davamıdır

İşğal olunmuş Sxinvalidə üzdəniraq seçkilər saxtakarlıq və işğalın davamıdır, – bu barədə Gürcüstan Parlamentinin sədri, İrakli Kobaxidze bəyan etdi.

“Biz bilirik ki, işğal olunmuş Sxinvali bölgəsində və eləcədə işğal olunmuş Abxaziyada tam nəzarəti Rusiya Federasiyası həyata keçirir. Bundan irəli gələrək işğal olunmuş Sxinvalidə üzdəniraq seçkilər saxtakarlıq və işğalın davamıdır. Bu cür seçkilərə biz əhəmiyyət verə bilmərik”, – Kobaxidze bəyan etdi.

İşğal olunmuş Sxinvalidə üzdəniraq parlament seçkiləri keçirilir.

Gürcüstan Xarici İşlər Nazirliyi, işğal olunmuş Sxinvali bölgəsində keçirilən qondarma parlament seçkilərinə əks səda verir.

Xarici İşlər Nazirliyində bəyan edirlər ki, işğal olunmuş ərazilərdə keçirilən istənilən üzdəniraq seçkilər qanunsuzdur və beynəlxalq hüququn fundamental normalarına və prinsiplərinə ziddir.