İrakli Kobaxidze - Hərkəsə tövsiyyə edirəm ki, spekulyasiyalar əvəzinə, oktyabrın 31-də seçkilərə hazırlaşsınlar
İrakli Kobaxidze - Hərkəsə tövsiyyə edirəm ki, spekulyasiyalar əvəzinə, oktyabrın 31-də seçkilərə hazırlaşsınlar

“Seçkilər oktyabrın 31-də keçiriləcək və hərkəsə tövsiyyə edirəm ki, spekulyasiyalar əvəzinə seçkilərə hazırlaşsınlar” – bu bəyanatla parlament əksəriyyətinin üzvü İrakli Kobaxidze seçkilərin təxirə salınması ilə bağlı suallara cavab verdi.

Onun dediyinə görə, parlament seçkilərinin təxirə salınması ilə bağlı bəyanatlar spekulyasiyadır.

“Bir neçə gündür belə spekulyasiyalar eşidirik. Bununla bağlı daha öncə də bəyanat verdik və yenə bir daha təkrar edirəm, seçkilər oktyabrın 31-də keçiriləcək. İqtisadi lokdaun belə elan edilsə, siyasi lokdaun olmayacaq. Spekulyasiyalar yerinə seçkilərə hazırlaşsınlar” – dedi İrakli Kobaxidze.