İrakli Kobaxidze - fazizmin üstünü ört-basdır edənin özü də faşizmin iştirakçısıdır, təəssüflər ki, bu cür insanlar QHT-lərin rəhbərləri arasında da var
İrakli Kobaxidze - fazizmin üstünü ört-basdır edənin özü də faşizmin iştirakçısıdır, təəssüflər ki, bu cür insanlar QHT-lərin rəhbərləri arasında da var

Fazizmin üstünü ört-basdır edənin özü də faşizmin iştirakçısıdır, – bu barədə parlamentin sədri, İrakli Kobaxidze brifinqdə bəyan etdi. O, “Rustavi2” teleşirkətinin direktoru, Nika Qvaramiyanın bəyanatı barəsində söhbət etdi və qeyd etdi ki, Qvaramiyanın faşist bəyanatına qeyri-hökumət təşkilatları bu günədək əks səda verməyiblər.

“Bu cür bəyanatı heç bir qeyri-hökumət təşkilatının rəhbərindən eşitməmişik. Daha artıq, onlardan biri, daha dəqiq olaraq Mixeil Benidze Nika Qvaramiyanı müdafiə etdi. Bu çox narahatedicidir. Mülki bölmənin rolu və mülki ictimaiyyətin ideası önəmlidir, o cümlədən gürcü-amerika, gürcü-avropa əlaqələri kontekstində.

Xüsusi ilə qeyd etmək istəyirəm ki, fazizmin üstünü ört-basdır edənin özü də faşizmin iştirakçısıdır, təəssüflər ki, bu cür insanlar QHT-lərin rəhbərləri arasında da var.

Gürcü faşizmini biz, 2012-ci ildə keçmişə buraxdıq və məsuliyyət daşıyırıq ki, Gürcüstanda gələcəkdə ola bilməz. Oktyabrın 28-də biz, birlikdə Milli Hərəkatın faşizminə bir daha müvafiq cavab verməliyik və həqiqətən Avropa təmayüllü və layiqli namizədə, Salome Zurabişviliyə səs verməliyik”, – İrakli Kobaxidze bəyan etdi.

“Rustavi2” teleşirkətinin direktoru, Nika Qvaramiya feysbuk səhifəsində bəyanat yaydı: “Salome Zurabişvlini dəstəkləyən, maliyyələşdirən və ya kampaniyasında başqa cür yardım göstərəni möhkəm sıxışdırmalıyıq”.

Parlamentin sədri, İrakli Kobaxidze “Rustavi2” teleşirkətinin direktoru, Nika Qvaramiyanın bəyanatı ilə bağlı mətbuat konfransını keçirdi.