İrakli Kobaxidze - əminik ki, "Gürcü Arzusunun" dəstəyi ilə, Salome Zurabişvili prezident seçkilərində birinci turunda mütləq qalib gələcək
İrakli Kobaxidze - əminik ki, "Gürcü Arzusunun" dəstəyi ilə, Salome Zurabişvili prezident seçkilərində birinci turunda mütləq qalib gələcək

Salome Zurabişvilinin, prezident səlahiyyətlərini hansısa partiya və ya qrupların deyil, ölkə və ictimaiyyətin maraqlarına əsaslanaraq həyata keçirməyə imkanı var, – bu barədə siyasi şuranın iclasından sonra Parlamentin sədri, İrakli Kobaxidze bəyan etdi.

Kobaxidzenin dediyinə görə, Salome Zurabişvilinin Gürcüstan tarixində ilk partiyasız prezident olmağa imkanı var.

Bununla yanaşı, İrakli Kobaxidze bəyan edir ki, partiyada əmindirlər “Gürcü Arzusunun” dəstəyi ilə, Salome Zurabişvili prezident seçkilərində birinci turunda mütləq qalib gələcək.

“Salome Zurabişvilinin böyük siyasi və diplomatik təcrübəsi var. Onun, Gürcüstan tarixində ilk partiyasız prezident olmağa imkanı var. Salome Zurabişvili bizim konstitusiya sistemində yeni ənənə tədbiq edə bilər. Gürcü xalqını prezident seçkilərində xanım Salome Zurabişvilinin namizədliyini dəstəkləməyə doğru çağırıram. Əminik ki, “Gürcü Arzusunun” dəstəyi ilə, Salome Zurabişvili prezident seçkilərində birinci turunda mütləq qalib gələcək”, – İrakli Kobaxidze bəyan etdi.