İrakli Kobaxidze - əminəm ki, prezident seçkilərində böyük uğur qazanacağıq
İrakli Kobaxidze - əminəm ki, prezident seçkilərində böyük uğur qazanacağıq

Qarşıda prezident seçkiləri gözləyir və əminəm ki, bu seçkilərdə, sizinlə birlikdə böyük uğur qazanacağıq, – bu barədə “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının icraçı katibi, Parlamentin sədri İrakli Kobaxidze Ambrolauridə, partiyanın bölgə konfransında bəyan etdi.

Partiyanın icraçı katibi nitqlə çıxışında bəyan etdi ki, iki il bundan əvvəl, partiyanın inkişafı və gücləndirilmməsi barəsində qarşıya qoyulmuş məqsədlər və verilən vədlər yerinə yetirilib.

Onun dediyinə görə, xüsusi diqqət partiyanın bölgə xidmətinin gücləndirilməsinə və partiyanın yerli təşkilatlarının gücləndirilməsinə yetirildi.

Parlamentin sədri bəyan edir ki, 2016-cı il parlament seçkilərində inandırıcı qələbənın önəmli şərti partiya komandasının gücləndirilməsi və yeniləşdirilməsi oldu.

“Bir daha təkrar etmək istəyirəm, iki il bundan əvvəl biz, partiyanın gücləndirilməsi barəsində söz vermişdik, hər bir verilən vəd yerinə yetirilibdir. Qarşıda prezident seçkiləri gözləyir və əminəm ki, bu seçkilərdə, sizinlə birlikdə böyük uğur qazanacağıq”, – İrakli Kobaxidze bəyan etdi.