İrakli Kobaxidze - Əgər adın qeyri-hökümət təşkilatıdırsa, siyasi spektakllara qoşulub, siyasi təşkilat olmamalısan
İrakli Kobaxidze - Əgər adın qeyri-hökümət təşkilatıdırsa, siyasi spektakllara qoşulub, siyasi təşkilat olmamalısan

Əgər adın qeyri-hökümət təşkilatıdırsa, siyasi spektakllara qoşulub, siyasi bir təşkilat olmamalısan və siyasi maraqların da olmamalıdır, – bu bəyanatı Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Ali Məhkəmənin hakim namizədlərinin seçilməsi prosedurıarı və meyarları haqqında dünən aparılan müzakirəyi dəyərləndirərkən verdi.

Parlamentin sədri diplomatik korpusun, parlament opozisiyasının, məhkəmə iqtidarının və qeyri-hökümət təşkilatlarının nümayəndələri ilə görüşdü.

İrakli Kobaxidze “Müstəqil və şəffaf ədliyyə” koalisiyasının nümayəndəsi olan Giorgi Mşvenieradzeyi tənqid etdi.

“QHT nümayəndəsi olan Giorgi Mşvenieradze prezident seçkilərindən öncə, birbaşa Salome Zurabişviliyə qarşı kampaniya aparırdı. Bu şəxsin siyasi maraqları olduğu aydındır. İclası tərk edəcəyi barədə bəyanatı isə, o iclas günü səhərdən vermişdi, çünki məqsədi iş prosesini pozmaq idi” – dedi İrakli Kobaxidze.

Xatırladaq ki, “Müstəqil və şəffaf ədliyyə” koalisiyasının nümayəndəsi dünən işçi formatını tərk etdi.

Təşkilatın nümayəndəsi Giorgi Mşvenieradze jurnalistlərə bildirdi ki, parlamentin sədri QHT-nin iradları dinləyib, nəzərə almaq istəmədi.