İrakli Kobaxidze - Delimitasiya və demarkasiya məsələlərinin vurğulanması problem olmamalıdır
İrakli Kobaxidze - Delimitasiya və demarkasiya məsələlərinin vurğulanması problem olmamalıdır

Delimitasiya və demarkasiya məsələlərinin vurğulanması problem olmamalıdır, – dedi parlamentin sədri İrakli Kobaxidze jurnalistlərin suallarını cavablandırarkən.

Jurnalistlər parlamentin sədrinə prezident tərəfindən Davit Qareci ilə bağlı verilən bəyanatların baş nazirlə razılaşdırılıb-razılaşdırılmadığı ilə bağlı sual verdilər.

“Harda nə komunikasiyalar oldu bilmirəm. Ancaq, ümumimiyyətlə, qonşu ölkələrlə delimitasiya və demarkasiya məsələsi aktualdır. Bu baxımdan tam qaydaya salınmış sərhədimiz sadəcə Türkiyə ilə var.

Bundan irəli gələrək, bu məsələnin irəli sürülməsi təbiidir. Əsas odur ki, bu məsələlər qonşu ölkələrlə məsləhətləşmə nəticəsində həll olunsun” – dedi İrakli Kobaxidze.

Kobaxidzenin dediyinə görə, delimitasiya mövzusu 30 il ərzində, müxtəlif formatlarda müzakirə olunurdu.

“Mövzunun zor olduğunu oda sübüt edir ki, o 30 il boyunca həll edilə bilmədi.

Azərbaycanla demarkasiya haqqında danışmaq problem olmamalıdır. Əsas odur ki, bu məsələ ilə bağlı hərhansı provokasiya addımları atılmasın və hərşey iki dövlət səviyyəsində qaydaya salınsın” – dedi İrakli Kobaxidze.