İrakli Kobaxidze - biz ölkəmiz və Avropaya inteqrasiya üçün əhəmiyyətli olan istənilən islahat aparmağa hazırıq
İrakli Kobaxidze - biz ölkəmiz və Avropaya inteqrasiya üçün əhəmiyyətli olan istənilən islahat aparmağa hazırıq

Biz ölkəmiz və Avropaya inteqrasiya üçün əhəmiyyətli olan istənilən islahat aparmağa hazırıq. Avropa İttifaqı ilə əməkdaşlığa hazırıq, – bu barədə Parlament çoxluğunun lideri, İrakli Kobaxidze bəyan etdi.

Elə onun dediyinə görə, məhkəmə islahatı yenə də gündəmdədir.

“Məhkəmə islahatına gəldikdə, lap başdan bu məsələni irəli sürdük və yenə də gündəmdədir. Bu sistemin necə yaxşılaşması barəsində fakt və dəlillərə əsaslanmış konkret təklifləri təqdim etdikləri an müvafiq islahatlar həyata keçiriləcək. Lakin bu günə qədər iki üç il keçib və bu cür fakt və dəlillərə əsaslanmış təklifləri gözləyirik. İki-üç il keçib və gəlməyib. Ümid edirik gələcək və islahatlar barəsində disskusiyalar bərpa olunacaq”, – Kobaxidze bəyan etdi.