İrakli Kobaxidze Avropa Şurası Parlament Assambleyasının prezidenti, Lilian Mori Paskie ilə görüşür
İrakli Kobaxidze Avropa Şurası Parlament Assambleyasının prezidenti, Lilian Mori Paskie ilə görüşür

Gürcüstan Parlamentinin sədri, İrakli Kobaxidze Avropa Şurası Parlament Assambleyasının prezidenti, Lilian Mori Paskie ilə görüşür.

Görüş Gürcüstan Parlamentində, bağlı qapılar arxasında keçirilir. Burada Tamar Çuqoşvili, Sopo Katsarava və Arçil Talakvadze iştirak edirlər.

Görüşdən sonra İrakli Kobaxidze və Lilian Mori Paskie media üçün bəyanatlar verəcəklər.

Avropa Şurası Parlament Assambleyasının prezidenti, Lilian Mori Paskie Gürcüstanda rəsmi görüşlərinə bu gün başladı. Gürcüstana o, dünən gəldi. Gürcüstan Parlamenti mətbuat xidmətinin məlumatına görə, Lilian Mor Paskie səhərdən Tserovaniyə yola düşəcək. Buradan sonra isə, Odzisi kəndinə gedəcək.