Irakli Kobaxidze - Ali Məhkəmənin formalaşması məsələsinə qayıdacağıq, müəyyən meyarlar yazılacaq və hakimlər siyahısı yeniləşdiriləcək
Irakli Kobaxidze - Ali Məhkəmənin formalaşması məsələsinə qayıdacağıq, müəyyən meyarlar yazılacaq və hakimlər siyahısı yeniləşdiriləcək

Irakli Kobaxidze – Ali Məhkəmənin formalaşması məsələsinə qayıdacağıq, müəyyən meyarlar yazılacaq və hakimlər siyahısı yeniləşdiriləcək, – bu barədə bəyanatı jurnalistlərlə söhbət zamanı parlamentin sədri İrakli Kobaxidze, Ali Ədliyyə Şurasının katibi Giorgi Mikautadze ilə görüşdən sonra verdi.

“Bizim üçün Ədliyyə və məhkəmə sisteminin müstəqilliyi fundamental nailiyyətlərimizdən biridir. Məhkəmə tərkibinin formalaşdırılması da məhkəmə sisteminin müstəqilliyinə bağlıdır. Bunun üçün məsuliyyət daşıyan orqan isə, Ali Ədliyyə Şurasıdır, ancaq Ali Məhkəmədən başqa, qeyd olunan prosesə Gürcüstan parlamenti də qoşulub” – dedi İrakli Kobaxidze.