İrakli Kobaxidze - 2019-cu il, Parlamentin nəzarət səlahiyyətlərinin yeni cür dərk edilməsi və həyata keçirilməsi baxımından fərqli olacaq
İrakli Kobaxidze - 2019-cu il, Parlamentin nəzarət səlahiyyətlərinin yeni cür dərk edilməsi və həyata keçirilməsi baxımından fərqli olacaq

2019-cu il, Parlamentin nəzarət səlahiyyətlərinin yeni cür dərk edilməsi və həyata keçirilməsi baxımından fərqli olacaq, – bu barədə Gürcüstan Parlamentinin sədri, İrakli Kobaxidze Parlamentin yaz sessiyasında nitqlə çıxış edərkən bəyan etdi.

İrakli Kobaxidzenin qeyd etdiyinə görə, icaredici hakimiyyətin nəzarəti Parlamentin əsas konstitusional preroqativlərindən biridir.

“2018-ci il bu baxımından yüklənmiş idi. Xorava küçəsində baş verən qətlin istintaqı üçün müvəqqəti istintaq komissiyası yaradıldı. Bu, gürcü parlamenti tarixində ilk hadisə idi ki, üzvlərin çoxluğu müxalifət üzvlərindən ibarət idi.

2018-ci ildə parlamentə hökumətin və başqa təşkilatların hesabatları təqdim olundu. Nazirlər müntəzəm olaraq komitə dinləmələrində iştirak edirdilər”, – Kobaxidze bəyan etdi.

Elə onun dediyinə görə, Parlament daimə dövlət büdcəsinin yerinə yetirilməsinə monitorinq həyata keçirirdi.

Gürcüstanın doqquzuncu çağırış Parlamentinin 2019-cu ilin yaz sessiyası işinə başladı. Konstitusiya dəyişiklikləri və Parlamentin yeni reqlamenti əsasında, Parlamentin plenar iclası Tbilisidə yerləşən sarayda keçirildi. Gürcüstan Parlamentinin sədri İrakli Kobaxidze, yeni reqlamentə uyğun olaraq, plenar iclasda, Parlamentin fəaliyyətinin hərillik hesabatını və gələn ilin fəaliyyət planını təqdim etdi. İrakli Kobaxidze Parlamentin yaz sessiyasında nitqlə çıxışında Mamuka Baxtadze, kaxa Kaladze və hökumətin üzvləri iştirak edirdilər.