İrakli Kadaqişvili - istintaq komissiyası mütləq fəaliyyətinə başlayacaq, mövqeyimizdir ictimaiyyət bütün sənədləri görsün ki, bu məsələ ilə bağlı spekulyasiyalar başa çatsın
İrakli Kadaqişvili - istintaq komissiyası mütləq fəaliyyətinə başlayacaq, mövqeyimizdir ictimaiyyət bütün sənədləri görsün ki, bu məsələ ilə bağlı spekulyasiyalar başa çatsın

İstintaq komissiyası ilə bağlı bu gün büro qərar qəbul etdi. İstintaq komissiyasının formalaşması baş verəcək, – bu barədə Gürcüstan Parlamentinin Prosedur məsələləri üzrə Komitəsinin sədri, İrakli Kadaqişvili bəyan etdi.

Elə onun dediyinə görə, çoxluğun prinsipial mövqeyidir ki, citimaiyyət seçki komissiyalarında saxlanılan sənədlər açsın və baxsın.

“Reqlamentə əsasən, bu qərarı qəbul edəcəyik. İstintaq komissiyası mütləq fəaliyyətinə başlayacaq. Bizim, çoxluğun prinsipial mövqeyidir ki, citimaiyyət seçki komissiyalarında saxlanılan sənədlər açsın və baxsın. Video yazılar açılsın, hər bir lazım olan protokol və bülletenin açılması baş versin ki, bir dəfəlik, onsuz da əsassız olan, bu məsələ ilə bağlı spekulyasiyalar başa çatsın”, – Kadaqişvili bəyan etdi.