İrakli Çikovaninin məlumatına görə, İspaniyada koronavirusdan bir Gürcüstan vətəndaşı həlak olub
İrakli Çikovaninin məlumatına görə, İspaniyada koronavirusdan bir Gürcüstan vətəndaşı həlak olub

İspaniyada koronavirusdan Gürcüstan vətəndaşı həlak oldu.

Bu barədə məlumatı koordinasiya şurasının iclasından sonra baş nazirin mətbuat katibi İrakli Çikovani verdi.

“Ölüm faktı ilə bağlı pis xəbərimiz var. Təssüf ki, İspaniyada koronavirusdan vətəndaşımız, 74 yaşlı qadın həyatını itirib. Biz vəfat edən qadının ailəsi ilə daimi əlaqə saxlayırıq və bildiyimizə görə, qadının xronik xəstəliyi var idi. Diplomatik xidmətimiz onun ailəsinə müvafiq prosedurlarla bağlı gərəkən yardımı edir” – dedi Çikovani.

Onun dediyinə görə, diplomatik nümayəndəliklər 24 saatlıq rejimdə işləyirlər və qaynar xəttlər də yaradılıb.