İrakli Ğaribaşvilinin Müdafiə Nzirliyində ilk günü (video)

Gürcüstanın yeni müdafiə naziri, İrakli Ğaribaşvili ilk işçi gününü səhər saat 09:00-da başladı. Ona idarənin keçmiş rəhbəri, Levan İzoriya ev sahibliyi etdi.

Gürcüstan dövlət himninin səsləndirilməsindən sonra tanışlıq görüşü keçirildi.

İrakli Ğaribaşvili nazirlikdə həyata keçirilmiş layihələr haqqında məlumat aldı və idarənin əməkdaşlarını öz prioritetləri və planları ilə tanış etdi.

Gürcüstan Parlamenti plenar iclasda Gürcüstan hökumətinin yeniləşdirilmiş tərkibinə və baş nazirliyə namizədə etimadını dünən yekdilliklə bəyan etdi.