İrakli Ğaribaşvili - Vaxtanq Qomelauri və bütün polisə təşəkkürümü bildirmək istəyirəm, sizinlə fəxr edirəm
İrakli Ğaribaşvili - Vaxtanq Qomelauri və bütün polisə təşəkkürümü bildirmək istəyirəm, sizinlə fəxr edirəm

Vaxtanq Qomelauri və  bütün polisə təşəkkürümü bildirmək istəyirəm, sizinlə fəxr edirəm, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili “Milli Hərəkatın” sədri, Nika Meliyanın yaxalanmasını dəyərləndirərkən bəyan etdi.

İrakli Ğaribaşvilinin dediyinə görə, bu gün polis ali standartı göstərdi.

“İstifadə olunan təcrübə və metodlara gəldidkə, bu tamamilə sivil, demokratik ölkələrin ali standartlarıdır.

Bu gün bizim qəhrəman polis işçilərimiz Avropa, Amerika standartlarına uyğun olan ali standartı göstərdilər. Bütün vətəndaşın öz şəxsi fikrinin ifadəsi hüququnu konstitusiya çərçivəsində müdafiə edəcəyik. Biz qanunun aliliyini və demokratiyanın əsas prinsiplərini bu cür başa düşürük. Lakin sözsüz ki, hər şey qanun və konstitusiya çərçivəsində olamalıdır.

Bir daha Vaxtanq Qomelauri və polisə təşəkkürümü bildirmək istəyirəm, sizinlə fəxr edirəm”, – Ğaribaşvili bəyan etdi.

Şərh yaz