İrakli Ğaribaşvili Səudiyyə Ərəbistanı səfiri ilə görüşdü
İrakli Ğaribaşvili Səudiyyə Ərəbistanı səfiri ilə görüşdü

Gürcüstan Müdafiə naziri, İrakli Ğaribaşvili Səudiyyə Ərəbistanının Gürcüstandakı səfiri Abdulla Al-Mutair ilə görüşdü.

Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, İrakli Ğaribaşvili səfirə səfərə görə minnətdarlığını bildirdi və Gürcüstan və Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın və ikitərəfli əlaqələrin inkişafının artan dinamikasını müsbət dəyərləndirdi.

Nazir ümidvar olduğunu ifadə etdi ki, müdafiə sahəsində əməkdaşlıq yaxın gələcəkdə daha da dərinləşdiriləcək. Görüşdə hərbi-təlim sahəsində əməkdaşlığa diqqət yetirildi.

Şərh yaz