İrakli Ğaribaşvili - ölkənin miqyaslı yeniləşdirmə proqramına başlayırıq, hansı da 15 minə qədər yeni iş yerini nəzərdə tutur
İrakli Ğaribaşvili - ölkənin miqyaslı yeniləşdirmə proqramına başlayırıq, hansı da 15 minə qədər yeni iş yerini nəzərdə tutur

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvilininbəyan etdiyinə görə, həkumət ölkənin miqyaslı yeniləşdirmə proqramına başlayır, hansı da 63 munisipalitetdə urban yeniləşdirilməsini, əhəmiyyətli mədəni-tarix irs obyektlərinin, munisipalitetlərin inzibati mərkəzlərinin reabilitasiya və rekriasiya məkanlarının təşkilini nəzərdə tutur.

“Bu gün hökumətin iclasında yeni təşəbbüsü təqdim etmək istəyirəm. Bu 63 munisipalitetdə urban yeniləşdirilməsini, əhəmiyyətli mədəni-tarix irs obyektlərinin, munisipalitetlərin inzibati mərkəzlərinin reabilitasiya və rekriasiya məkanlarının təşkilini, rekriasiya parklarında turist infrastrukturunun inkişafını, bütün munisipalitetlərdə ictimai obyektlərin reabilitasiya və tikintisini nəzərdə tutur. Həmçinin bütün şəhər, kurort və qəsəbələrin urban yeniləşdirilməsini. Həmçinin, proqram çərçivəsində yeni istirahət, turist və ictimai zonalar yaradılacaq. Gürcüstanda bildiyiniz kimi, bir çox yer var və onları daha da cəlbedici etmıliyik, ilk növbədə vətəndaşlarımız üçün, eyni zamanda ölkənin müsafirləri üçün, turistlər üçün. Ölkənin bölgələrinin eyni-bərabər inkişafı, imkanların yaradılması əhəmiyyətlidir. Vətəndaşlarımız üçün yerində yaşama, əmək və tamamilə inkişaf şəraitinin hər yerdə yaxşılaşdırlması, dövlətin əsas məqsədi olmalıdır”, – Ğaribaşvili bəyan etdi.

Baş nazirin dediyinə görə, proqramın həyata keçirilməsi nəticəsində təxminən 15 000-ə qədər iş yeri yaranacaq.