İrakli Ğaribaşvili - Növbədənkənar seçkilərlə bağlı mövqeyimiz dəyişməyəcək
İrakli Ğaribaşvili - Növbədənkənar seçkilərlə bağlı mövqeyimiz dəyişməyəcək

Dəstəmiz hansısa siyasi partiyanın keyfinə görə deyil, xalqın maraqlarından irəli gələrək qərarlar verir. Əgər siyasi partiyalar dialoq istəyirlərsə, gəlsinlər dialoqa davam edək – bu bəyanatı Gürcüstanın baş naziri İrakli Ğaribaşvili verdi.

İrakli Ğaribaşvili Şarl Mişel ilə görüş haqqında danışdı və qeyd etdi ki, müxalifətin irəli sürdüyü tələblərlə bağlı söhbət edildi.

“Nika Melianın azad edilməsi ilə bağlı biz bildirdik ki, qanunun icra edilməsinə qarışa bilmərik. Müxalifət nümayəndələri istədikləri zaman, girov məbləğini ödəyib, onu həbsdən çıxarda bilərlər.

Müzakirə olunan ikinci məsələ isə, seçki islahatı idi və bildirdik ki, bu məsələ üzrə işləməyə hazırıq.

Növbədənkənar seçkilərin keçirilməsi məsələsi müzakirə belə edilmir, çünki bu məsələ ilə bağlı mövqeyimiz eynidir. Seçkilərin yenidən keçirilməsi üçün heç bir legitim əsas və zərurət yoxdur” – dedi İrakli Ğaribaşvili.