İrakli Ğaribaşvili NATO-nun müdafiə ministerialında iştirak edəcək
İrakli Ğaribaşvili NATO-nun müdafiə ministerialında iştirak edəcək

Gürcüstan Müdafiə naziri, İrakli Ğaribaşvili Brüsseldə NATO-nun müdafiə ministerialında iştirak edəcək.

Gürcüstan Müdafiə Nazirliyinin mlumatına görə, 12-13 fevralda aliyansın qərargahı NATO-nun üzv və partnyor ölkələri Müdafiə nazirlərinin görüşlərinə ev sahibliyi edəcək.

Səfər çərçivəsində İrakli Ğaribaşvili NATO-nun baş katibi Yens Stoltenberq və onun müavini, Mirça Coan ilə görüşəcək. Müzakirənin əsas mövzusu NATO-Gürcüstan əməkdaşlığının gücləndiriməsi yolları, “SGNP” tərəqqisi, Qara Dəniz bölgəsində təhlükəsizliyinin möhkəmləndirilməsində Gürcüstanın rolu, müdafiə transformasiya prosesi və beynəlxalq missiyalarda Gürcüstanın iştirakı olacaq.

İrakli Ğaribaşvili  NATO-nun üzv və partnyor ölkləri Müdafiə nazirləri ilə təhlükəsizlik çağırışları barəsində müzakirə aparacaq.

Səfər çərçivəsində Litva, Estoniya, Bolqarıstan, Rumıniya, Çexiya və Fransa Müdafiə nazirləri ilə ikitərəfli görüşlər planlaşdırılıb.

Gürcüstan Müdafiə Nazirliyinin mlumatına görə, Brüsselə səfərdən sonra Gürcüstan Müdafiə naziri Almaniyaya gedəcək və burada Münxen Təhlükəsizlik Konfransında iştirak edəcək və xarici həmkarları ilə görüşlər keçirəcək.

Şərh yaz