İrakli Ğaribaşvili Natia Turnava və Levan Davitaşvilidən xahiş etdi ki, "Namaxvani HES"-lə bağlı, əhali ilə şəxsən görüşsünlər
İrakli Ğaribaşvili Natia Turnava və Levan Davitaşvilidən xahiş etdi ki, "Namaxvani HES"-lə bağlı, əhali ilə şəxsən görüşsünlər

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bugünki hökümət iclasında “Namaxvani-HES” haqqında danışdı.

Onun dediyinə görə, əhalidə yaranan bütün suallara arqumentləşdirilmiş cavablar verilməlidir.

Baş nazir İqtisadiyyat Naziri Natia Turnava və Kənd Təsərrüfatı naziri Levan Davitaşvilidən xahiş etdi ki, əhalinin yanına şəxsən getsinlər və onlarla fəal komunikasiyaya başlasınlar.

“Onlarla danışın və problem hesab etdikləri məsələlər ilə bağlı aşıqlamaları şəxsən verin. Həmçinin, parlamentdən də xahiş edirəm ki, məsələ ilə bağlı komitə dinləmələri keçirilsin” – dedi İrakli Ğaribaşvili.

İrakli Ğaribaşvili qeyd etdi ki, Gürcüstan üçün enerji-təhlükəsizliyi, enerji-mestəqilliyi əsas prioritetlərdən biridir və bu problemə adekvat cavab verilməlidir.