İrakli Ğaribaşvili gürcü sülhməramlıları ilə görüşmək üçün Əfqanistana gedir
İrakli Ğaribaşvili gürcü sülhməramlıları ilə görüşmək üçün Əfqanistana gedir

Gürcüstanın Müdafiyə Naziri İrakli Ğaribaşvili gürcü sülhməramlıları ilə görüşmək üçün Əfqanistana gedir.

Bu barədə məlumatı Müdafiyə Naziri Əfqanistan və Afrika kontinentində dislokasiya edilən gürcü sülhməramlıları ilə tele-körpü vasitəsi ilə söhbət zamanı, hərbi idarə mərkəzində verdi.

Müdafiyə Nazirliyinin məlumatına görə, Gürcü sülhməramlıları İrakli Ğaribaşviliyi Müdafiyə naziri təyin edilməsi ilə təbrik etdilər və ona müvəffəqiyyətlər arzuladılar.

Tele-körpü vasitəsi ilə söhbət zamanı Müdafiyə Naziri əsgərlərə dedi ki, onlara hər zaman dəstək verəcək və hər bir əsgərin dostu olacaq.

Müdafiyə naziri bəyan etdi ki, əlindən gələni edəcək ki, əsgərlərin sosiyal vəziyyətləri daha yaxşı olsun.

İrakli Ğaribaşvili həmçinin, bəyan etdi ki, o Əfqanistana gedib, oradaki gürcü əsgərlərinin şəraitləri ilə şəxsən tanış olacaq.

Gürcüstanın Müdafiyə naziri beynəlxalq təhlükəsizliyin təmin edilməsində gürcü sülhməramlılarının böyük qatqısı və xarici partnyorlar tərəfindən onlara müsbət dəyərləndirmənin verildiyi haqqında söz etdi.