İrakli Ğaribaşvili "Gürcü Arzusu" partiyasına qayıtdı
İrakli Ğaribaşvili "Gürcü Arzusu" partiyasına qayıtdı

Gürcüstanın keçmiş baş naziri, İrakli Ğaribaşvili “Gürcü Arzusu” partiyasına qayıtdı. Bu barədə “Gürcü Arzusunun” siyasi şurasının iclasından sonra məlum oldu. İclasda İrakli Ğaribaşvili də iştirak edirdi.

İrakli Ğaribaşvilinin partiyaya qayıtması barəsində bəyanatı “Gürcü Arzusunun” baş katibi, Kaxa Kaladze verdi.

Onun dediyinə görə,  İrakli Ğaribaşvili “Gürcü Arzusunun” siyasi katibi vəzifəsini tutacaq.

İrakli Ğaribaşvili 2103-cü ilin noyabrın 20-dən 2015-ci ilin dekabrın 24-dək Gürcüstanın baş naziri idi, 2012-ci il 25 oktyabrdan 2013-cü il 17 noyabra qədər isə, Gürcüstan Daxili işlər naziri vəzifəsini tuturdu.