İrakli Ğaribaşvili - İlham Əliyevlə görüş zamanı Davit Qareci məsələsini də müzakirə etdik, razılaşdıq ki, dialoq sürətləndiriləcək və məsələ ilə bağlı dostluğumuza müvafiq qərar veriləcək
İrakli Ğaribaşvili - İlham Əliyevlə görüş zamanı Davit Qareci məsələsini də müzakirə etdik, razılaşdıq ki, dialoq sürətləndiriləcək və məsələ ilə bağlı dostluğumuza müvafiq qərar veriləcək

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Azərbaycana səfərini yekunlaşdırdı və qeyd etdi ki, Azərbaycan prezidenti ilə həqiqətən nəticəli görüşü keçirildi.

Ğaribaşvili bəyan etdi ki, görüş zamanı digər məsələlərlə bərabər, Davit Qareci məsələsi də müzakirə olundu.

“İki ölkə arasındaki önəmli strateji partnyorluq məsələləri ilə bərabər, Davit Qareci məsələsini də müzakirə etdik və bundan sonra, birlikdə daha çox laihələr keçirməyə hazırıq.

Həmçinin, regionda təhlükəsizlik məsələsini müzakirə etdik.

Davit Qareci ilə bağlı razılaşdıq ki, dialoq sürətləndiriləcək və məsələ dostluğumuza müvafiq şəkildə həll olunacaq. Komisiyalar tərəfindən verilən konkret qərar isə, daha sonra məlum olacaq.

İrakli Ğaribaşvili qeyd etdi ki, Azərbaycanın baş naziri və vitse-spikeri ilə görüş zamanı isə, iqtisadi məsələlər və post-pandemiya müddətində, investisiyaların fəallaşdırılması müzakirə olundu.

Gürcüstanın baş naziri səmimi qəbul üçün Azərbaycan prezidentinə və Azərbaycanın iqtidar nümayəndələrinə təşəkkür etdi.

“Qısaca, bu günki səfərimi çox gözəl tonallıqda başa çatdırıram. Səmimi qarşılama üçün Azərbaycan prezidenti İlham Əliyevə və iqtidar nümayəndələrinə təşəkkür edirəm. Cənab prezident uzun illərdir Gürcüstana gəlməyib və mənə söz verdi ki, Tbilisiyə gələcək və birlikdə daha çox layihələr həyata keçirəcəyik”, – dedi İrakli Ğaribaşvili.