İrakli Ğaribaşvili - Əlimizdən gələni edirik ki, Abxaziya və Osetiya regionunda yaşayan vətəndaşlarımız da avrointeqrasiyanın mənfəətlərindən yararlana bilsindlər
İrakli Ğaribaşvili - Əlimizdən gələni edirik ki, Abxaziya və Osetiya regionunda yaşayan vətəndaşlarımız da avrointeqrasiyanın mənfəətlərindən yararlana bilsindlər

Avropa İttifaqının tam hüquqlu üzvü olmaq üçün fəaliyyətə davam edirik və 2024-cü ildə, Avripa İttifaqına rəsmi ərizə təqdim edəcəyik, – bu bəyanatı Gürcüstanın baş Naziri İrakli Ğaribaşvili verdi.

“Bu gün Avropa İttifaqına – Şengen zonasına vizasız gediş-gəlişin dördüncü ilini qeyd edirik. 2017-ci ilin martın 4-də bu tarixi qərar verildi. Bu Gürcüstanın həyata keçirdiyi demokratik islahatların ən yaxşı dəyərləndirilməsi oldu və Gürcüstanı Avropaya daha çox yaxınlaşdırdı.

Avropa İttifaqının tam hüquqlu üzvü olmaq üçün fəaliyyətə davam edirik və 2024-cü ildə, Avrოpa İttifaqına rəsmi ərizə təqdim edəcəyik və əlimizdən gələni edirik ki, Abxaziya və Osetiya regionunda yaşayan vətəndaşlarımız da avrointeqrasiyanın mənfəətlərindən yararlana bilsindlər”, – dedi baş nazir.

Şərh yaz