İrakli Ğaribaşvili - ədalətli güzəşt üçün hazırıq, indi müxalifətin növbəsidir, ölkəmizdə siyasi məhbuslar yoxdular, bu Saakaşvili dövründə var idi
İrakli Ğaribaşvili - ədalətli güzəşt üçün hazırıq, indi müxalifətin növbəsidir, ölkəmizdə siyasi məhbuslar yoxdular, bu Saakaşvili dövründə var idi

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili bəyan edir ki, siyasi partiyalar arasında dialoq davam edir və ümidvardır ki, razılaşma ilə başa çatacaq.

Elə onun dediyinə görə, hakimiyyət hazırdır ki, ağlabatan və ədalətli güzəştə nail olunsun.

“Dialoqa gəldikdə, sözsüz ki, dialoq davam edir, ümidvar olmaq istəyirəm ki, razılaşma baş tutacaq. Biz tərəfdən hansısa destruksiya nə olmayıb nə də olmayacaq. Əksinə, müxalifət tərəfindən bunun şahidi olduq, onlar real olaraq dialoqu pozdular və güzəştə onlar getmədilər. Biz hazırıq ki, ağlabatan və ədalətli güzəştə nail olunsun. İndi müxalifətin növbəsidir”, – Ğaribaşvili bildirdi.

Ğaribaşvilinin açıqlamasına görə, vaxtından əvvəl seçkilər məsələsı bağlanıb.

“Ökəmizdə siyasi məhbuslar yoxdular, bu Saakaşvili dövründə var idi”, – Ğaribaşvili qeyd etdi.