İrakli Ğaribaşvili - David Qareci məsələsi ilə bağlı sabiq iqtidar dövründə şok edici qərarlar verilib və inanıram ki, prokurorluq bu işin istintaqını sonuna qədər aparacaq
İrakli Ğaribaşvili - David Qareci məsələsi ilə bağlı sabiq iqtidar dövründə şok edici qərarlar verilib və inanıram ki, prokurorluq bu işin istintaqını sonuna qədər aparacaq

David Qareci məsələsi ilə bağlı Saakaşvili iqtidarının dövründə şok edici qərarlar verilib və inanıram ki, prokurorluq bu işin istintaqını sonuna qədər aparacaq, – bu bəyanatı Gürcüstanın Müdafiyə Naziri İrakli Ğaribaşvili verdi.

“Sözün qısası, bu məsələ ilə bağlı prokurorluqda ifadə verdim və bildiyim bütün məlumatı prokurorluğa verdim. Davit Qareci ilə bağlı iki ölkə arasında, hələ 1996-cı ildə, Azərbaycanın sabiq prezidenti Heydər Əliyev və Eduard Şevardnadze arasında qoyulan razılaşma var idi, hansına görə, Davit Qareci məsələsi 1938-ci ilin xəritəsi ilə müzakirə olunacaqdı, hansında görünür ki, Davit Qareci monastır kompleksi bizim ərazimidədir.

Halbuki, Saakaşvili iqtidarı tərəfindən çox təhlükəli və ölkəmizin ərazilərinin itirilməsini işarətləndirən qərarlar verildi. Daha sonra isə, mən öyrəndim ki, 1938-ci ili xəritəsi və bütün müvafiq materiallar bizim arxivdən yox edilib və bu suç və cinayətdir – dedi İrakli Ğaribaşvili.

Müdafiyə Nazirinin dediyinə görə, prokurorluğun böyük missiyası var və bu iş sonuna qədər istintaq olunacaq.