İrakli Ğaribaşvili - Biz regionda sülhü dəstəkləyirik, bunun üçün isə, münaqişələrin dialoq yolu ilə həll olunması lazımdır
İrakli Ğaribaşvili - Biz regionda sülhü dəstəkləyirik, bunun üçün isə, münaqişələrin dialoq yolu ilə həll olunması lazımdır

Biz regionda sülhü dəstəkləyirik, bunun üçün isə, münaqişələrin həlli üçün sülh danışıqları lazımdır. Gürcüstan sizin dostunuzdur və bu belə davam edəcək, – bu bəyanatı Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Azərbaycana rəsmi səfər zamanı Milli Məclisin sədri sahibə Qafarova ilə görüşərkən verdi.

Dövlət başçısının dediyinə görə, hər iki ölkə məqsədyönlü və motivasiyalı olmalıdır ki, birgə qüvvələrlə daha çox layihələr həyata keçirilsin.

“Xanım spiker, hörmətli dostlar, bu gün burada olub, sizinlə görüşmək böyük şərəfdir. Bakıya çox gəlmişəm. Siz düz qeyd etdiniz, biz qonşu deyil, dostuq. Azərbaycanlı kolleqalarımla Müdafiyə naziri vəzifəsindəykən və indi də çox gözəl münasibətlərim olub. İndi də baş nazir ranqında, Azərbaycan prezidenti İlham Əliyevlə əla münasibətlərimiz var. Biz daha motivasiyalı olmalıyıq ki, birlikdə daha çox layihələr həyata keçirək, bizim buna gücümüz çatır. Biz regionda sülhün tərəfdarıyıq və münaqişələrin sülh danışıqları ilə həll olunmasını dəstəkləyirik. Məni və nümayəndə heyyətimizi qəbul etdiyiniz üçün təşəkkür edirəm. Koronavirusa görə, iki ölkə arasında rəsmi səfərlər tez-tez olmurdu, ancaq, bundan sonra, birgə səfərləri daha da fəallaşdırmalıyıq” – dedi İrakli Ğaribaşvili.