İrakli Ğaribaşvili ABŞ-ın Müdafiyə katibi müavininin yardımçısı Lora Kuperlə görüşdü
İrakli Ğaribaşvili ABŞ-ın Müdafiyə katibi müavininin yardımçısı Lora Kuperlə görüşdü

Gürcüstan və ABŞ arasında hərbi əməkdaşlığın gücləndirilməsi, Gürcüstanın ərazi bütövlüyünün qorunması imkanlarının inkişafı və ABŞ-la bərabər, beynəlxalq təhlükəsizliyə Gürcüstanın etdiyi qatqı – bunlar Gürcüstanın Müdafiyə Naziri İrakli Ğaribaşvili və Lora Kuperlə görüş zamanı müzakirə edilən əsas məsələlərdir.

Müdafiyə naziri vəzifəsinə seçildiyi ilk gündən, İrakli Ğaribaşvili Pentaqonun nümayəndəsi və Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə ABŞ-ın Müdafiyə Katibi müavininin yardımçısı Lora Kuper ilə görüşdü

Gürcüstanın Müdafiyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə müdafiyə və təhlükəsizlik sahəsində əməkdaşlıq müqaviləsinin yenilənməsi məsələsi müzakirə olundu. Yeni sənədin imzalanması isə, Gürcüstanın Müdafiyə Nazirinin ABŞ-a səfəri zamanı baş tutacaq.