İrakli Çikovani - sizdən çox xahiş edirəm fövqəladə vəziyyət barəsində yalnız 144-ə, 112-ə isə, təcili hallar üçün zəng edin
İrakli Çikovani - sizdən çox xahiş edirəm fövqəladə vəziyyət barəsində yalnız 144-ə, 112-ə isə, təcili hallar üçün zəng edin

Sizdən çox xahiş edirəm fövqəladə vəziyyət barəsində yalnız 144-ə, 112-ə isə, təcili hallar üçün zəng edin, – bu barədə baş nazirin məsləhətçisi, İrakli Çikovani hökumət administrasiyasında keçirilən brifinqdə bəyan etdi.

Çikovaninin dediyinə görə, 144 qaynar xəttinə dünən 260 mindən artıq zəng daxil oldu və əngəllər yarandı.

“Biz yaxşı başa düşürük ki, tənzimləmələrin qüvvəyə minməsinin ilk günləri xüsusi yüksək fəallıq var və bununla qarşılaşmağa hazırıq. Bir daha hamıdan hansısa formalı əngəllərə görə üzr istəmək istəyirəm, lakin bu xətt işini davam etdirir və biz vətəndaşlara məhdudiyyətlər barəsində maksimal malumat ötürəcəyik.

Xüsusilə qeyd etmək istəyirəm, vətəndaşlarımız 144-dən məlumat ala bilməyəndə 112-ə müraciət edirlər. Siz bilirsiniz ki, 112 ölkədə xüsusi hallar üçün fəaliyyət göstərir. Qeyd olunan qaynar xətt onun üçündür ki, vətəndaşlarımız buraya zəng edərkən onlar polis ilə əlaqə saxlamaq istəyirlər və onlara təcili tibbi yardım lazımdır. Sizdən çox xahiş edirəm fövqəladə vəziyyət barəsində yalnız 144-ə, 112-ə isə, təcili hallar üçün zəng edin”, – Çikovani bəyan etdi.