İrakli Çikovani - Kristian Danielson Gürcüstanı çox yaxşı tanıyır, əminik ki, dialoq nəticəli olacaq
İrakli Çikovani - Kristian Danielson Gürcüstanı çox yaxşı tanıyır, əminik ki, dialoq nəticəli olacaq

Gürcüstan Parlamenti çoxluğunun üzvü, İrakli Çikovani hesab edir ki, Kristian Danielsonun Gürcüstana gəlməsi çox əhəmiyyətlidir.

Deputatın dediyinə görə, tərəflər arasında dialoqun alternativi yoxdur.

“Avropa Şurasının prezidenti, Gürcüstana şəxsi nümayəndəsini göndərir. Kristian Danielson Gürcüstanı çox yaxşı tanıyır, əminik ki, dialoq həqiqətən nəticəli olacaq. Danışıqlara lazımdır ki, masa arxasına tərəflər elə əhval ruhiyyə ilə getsinlər ki, dialoq baş tutsun”, – İrakli Çikovani bəyan etdi.

Avropa Şurasının prezidenti, Şarl Mişel Gürcüstana şəxsi nümayəndəsini göndərir ki, hansı da Avropa İttifaqı tərəfindən dəstəklənən siyasi dialoqa qoşulacaq. Bu barədə Avropa Şurası tərəfindən yayılan məlumatda deyilir.

Kristian Danielsona Avropa Şurasının prezidenti, Şarl Mişel şəxsi nümayəndəsi statusunu Avropa ali komissarı, Cozef Borel ilə razılaşdıraraq verdi.