İrakli Çikovani - ictimai nəqliyyatın işləməsi barəsində hələlik söhbət yoxdur, qərarı epidemioloqlar ilə birlikdə qəbul edəcəyik
İrakli Çikovani - ictimai nəqliyyatın işləməsi barəsində hələlik söhbət yoxdur, qərarı epidemioloqlar ilə birlikdə qəbul edəcəyik

İctimai nəqliyyatın işləməsi barəsində hələlik söhbət yoxdur, bu epid-durum ilə bağlıdır və qərarı epidemioloqlar ilə birlikdə qəbul edəcəyik, – bu barədə baş nazirin məsləhətçisi, İrakli Çikovani bəyan etdi.

Onun dediyinə görə, sabahdan ictimai nəqliyyat işləməyəcək.

“İctimai nəqliyyatın işləməsi barəsində hələlik söhbət yoxdur. İndi söhbət etdiklərimizi məhdudiyyət kimi qəbul etməməliyik. Bu reallıqdır, növbəti bir neçə ay ərzində yaşamalı olduğumuz reallıqdır. Bu yalnız Gürcüstanda deyil. Bu bütün dünyadadır. Bunları məhdudiyyət kimi təsəvvür etməməliyik. Bu ona imkanlar yaradır ki, ölkədə yeni epid-partlayış olmasın və ölkədə maksimal olaraq az yoluxma halları olsun. Müvafiq olaraq, bunun menecmenti də adekvat olsun”, – İrakli Çikovani bəyan etdi.